Təfəkkür universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev dövrü mətbuatda müntəzəm olaraq iqtisadiyyatın müxtəlif sahələrindən bəhs edən elmi məqalələrlə çıxış edir. Görkəmli iqtisadçı alim Müşfiq Atakişiyev bu il yanvarın 1-də Azərbaycan qəzetində dərc olunmuş Azərbaycan 2014-cü ili mühüm iqtisadi uğurlarla başa vurdu (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=58637) adlı məqaləsində ötən ilin uğurlarının yeni ilin daha böyük nailiyyətləri üçün möhkəm təmələ çevrildiyini göstərir.