Rektorun abituriyentlərə müraciəti
İqtisadiyyat və nəqliyyat fakültəsinin dekanı 

    Əliyev İlyas Musa oğlu 1943-cü il iyunun 1-də Qazaxıstan Respublikasının Cambul vilayətində anadan olmuşdur. 1959-cu ildə orta məktəbi bitirmişdir. 1962-1971-ci illərdə SSRİ Mülki Aviasiya Nazirliyinin Riqa Mülki Aviasiya Xüsusi Məktəbində, sonra isə Odessa Ali Dənizçilik Məktəbində təhsil almışdır. 1983-cü ildə namizədilik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1993-cü ildən fizika-riyaziyyat elmləri doktorudur. 1971-1978-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının “Fizika” İnstitutunda mühəndis qrup rəhbəri, “Kosmik tədqiqatlar elmi istehsalat birliyində” laboratoriya və şöbə müdiri vəzifələrində işləmişdir. Dörd ildən çox “Təcrübə sınaq” zavodunda direktor, daha sonra üç il “Kosmik tədqiqatlar elmi istehsalat birliyinin” xüsusi konstruktor texnoloji bürosunun direktoru vəzifələrində çalışmışdır.
    1985-1992-ci illərində “Kosmik tədqiqatlar elmi istehsalat birliyinin”, “Təcrübə sınaq” zavodunun direktoru, baş direktorun istehsalat işləri üzrə müavini, “Kosmik tədqiqatlar elmi istehsalat birliyində” baş mühəndis vəzifələrində işləmişdir. 1992-1996-cı illərdə Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olmuşdur.
    2000-ci ildən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində kafedra müdiri və fakültə dekanı vəzifəsində işləyir.
    70-dən çox elmi məqalə, 8 ixtira və 7 patent müəllifidir.

     

    ƏSƏRLƏRİ

    • Устройство для разогрева асфалтобетонного порытия А.С/ССР/№768871 зарег.от 13.06.1980г
    • Способ восстановления асфалтьтобетонного покрытия А.С/ССР/№712476 зарет. От 05.10.1979г
    Asfaltbeton qarışığı. Patent İ2004 039. Dövlət reyestrində qeyd olunub: 29.03.2004

 

 
© 2014 Təfəkkür Universitetiww.azadinform.az