Bədən tərbiyəsi və idman kafedrası
Bədən tərbiyəsi və idaman kafedrası

    Kafedranın müdiri professor Qurbanov Cavanşir Kazım oğludur.
    Kafedra Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi proqrama əsasən tələbələr üçün nəzərdə tutulmuş bədən tərbiyəsi fənni üzrə atletika, gimnastika və idman oyunları fənnini tədris edir.
    Kafedranın yarandığı 1996-cı ildən universitetdə müxtəlif idman növləri fəaliyyət göstərmişdir. Universitetin futzal komandası ali təhsil müəssisələri arasında keçirilən respublika çempionatının 2 dəfə (2001-2002-ci illərdə) qalibi olmuşdur. Universitetin tələbələri Nazim Əlicanov 2004-cü ildə sərbəst güləş üzrə Avropa çempionu olmuş, Nurəddin Rəcəbov yunan-Roma güləşi üzrə gənclərin Avropa çempionatında 2-ci yerə çıxmışdır. Universitetin tələbəsi Fərid Mansurov Afina Olimpiya Oyunlarının qızıl medalına layiq görülmüşdür

     

    Qurbanov Cavanşir Kazım oğlu 1947-ci il dekabrın 6-da Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüdür. Sərbəst güləş üzrə SSRİ idman ustasıdır. Azərbaycan Respublikası “Xalq maarifi əlaçısı”, Azərbaycan respublikasının əməkdar məşqçisidir. Beynəlxalq dərəcəli hakimdir. 2008-ci ildə əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adlarına layiq görülüb. 1995-ci ildən Azərbaycan Güləş Federasiyasının vitse prezidentidir.  Cavanşir Qurbanov əmək fəaliyyətinə 1968-ci ildə zavodda fəhlə kimi başlamışdır.
    1970-ci ildə Bakı Xalq Maarifi Şöbəsinin güləş idman məktəbində məşqçi, 1973-cü ildən 1990-cı ilə kimi həmin məktəbin direktoru vəzifəsində çalışıb. Bu müddət ərzində rəhbərlik etdiyi məktəbin məşqçiləri sərbəst güləş üzrə dünya, Avropa və SSRİ çempionu Xəzər İsayev, sərbəst güləş üzrə dünya çempionu Vüqar Orucov, yunan-Roma güləşi üzrə dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu Natiq Eyvazov, Avropa çempionatının gümüş mükafatçısı Azad Əliyev kimi görkəmli idmançılar yetişdirmişdir. Onun məşqçilik və əmək fəaliyyəti zamanı 10-a yaxın idman ustası və bir çox müxtəlif dərəcəli idmançılar yetişdirilmişdir. Cavanşir Qurbanovun yetirmələrindən Rüstəm Ağayev 2003-cü ildə sərbəst güləş üzrə Avropa çempionatının bürünc mükafatçısı olmuş, 2004-cü ildə Afina Yay Olimpiya Oyunlarında isə V yerə çıxmışdır. Ailəlidir 3 övladı var.

    40-dan yuxarı elmi və tədris-metodiki vəsaitin müəllifidir.

     

© 2014 Təfəkkür Universitetiww.azadinform.az