Tədris metodiki idarənin rəisi
Arzu Pərviz qızı Axundova

       Arzu Pərviz qızı Axundova 1967-ci ildə Baki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1984-cü ildə135 saylı orta məktəbi bitirib həmin ildə D.Bünyadzadə adına Azərbaycan Dövlət İqtisad İnstitutunun maliyyə-kredit fakültəsinə daxil olub, 1989-cu ildə institutu bitirib iqtisadçı ixtisasına yiyələnmişdir.

      1984-cü ildən Binəqədi rayonunun 3368 saylı Mərkəzi Əmanət kassasında nəzarətçi-kassir, 1990-cı ildən I dərəcəli mütəxəssis təftişçi-mühasib vəzifəsində işləmişdir.

      1991-ci ildən isə 3367 saylı Mərkəzi Əmanət Kassında köçürmə yolu ilə fəaliyyətini davam etdirmişdir.

     2001-ci ildən Elm və Təhsil  Mərkəzi Təfəkkür Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasında baş müəllim, 2007-ci ildə Tədris Metodiki İdarənin rəis müavini vəzifəsində çalışmışdir.

     2007-ci ildə Elmi Şuranın qərarı ilə elmi-pedaqoji fəaliyyətinə görə dosent adına layiq görülmüşdür.

     2017-ci ildən isə TMİ-nin rəisi vəzifəsində çalışır.

     Azərbaycanda reklam işinin təşkili və idarəedilməsi məsələləri üzrə tədqiqat işi aparır və 10 məqalənin və bir dərs vəsaitinin müəllifidir.

   Ailəlidir, iki övladı var.

 
© 2014 Təfəkkür Universiteti