Beynəlxalq əlaqələr
Beynəxalq əlaqələr

    Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin beynəlxalq əlaqələrinin əsas istiqamətləri aşagıdakılardır:

    Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq

  •  Beynəlxalq təhsil proqramlarında Elm və Təhsil Mərkəzı “Təfəkkür” Universitetinin iştirakı
  • Beynəlxalq elm-təhsil qurumları ilə əməkdaşlıq
  • Universitetlərin Beynəlxalq Assosiasiyalarında “Təfəkkür” Universitetinin ştirakı.
Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi yeniliklər baş verdi. Sovet dövründə beynəlxalq əlaqələr üzrə azərbaycanlı kadrlar olduqca az idi. Bu boşluğu aradan qaldırmaq üçün 1990-cı il­lərin əvvəllərindən dövlət və özəl ali təhsil universitetlərində beynəlxalq münasibətlər üzrə fakültələr, kafedralar və şöbələr yaradılmağa başladı. ETM “Təfəkkür” Universite­tində də “Beynəlxalq münasibətlər” şöbəsi yaradıldı. Bu şöbənin yaradılması və inkişaf etdirilməsi universitet rəhbərliyinin adı ilə bağlıdır. “Təfəkkür” Universiteti dünyanın aparıcı təhsil müəssisələri – Kaliforniya (ABŞ), İstanbul Texniki Universiteti (Türkiyə), Berlin Politexnik Univer­si­teti (Almaniya), Brno Texniki Universiteti (Çexiya), Baltik Rus Dili İnstitutu (Latviya), eləcə də Rusiyanın, Ukraynanın, Belorusun, Tatarıstanın, Gürcüstanın universitetləri ilə tələ­bə və müəllim mübadiləsi proqramlarına dair müqavilələr imzaladı. Təkcə 2013-cü ildə Belorus Res­publi­ka­sının Bara­oviçi Dövlət Universiteti, Rusiya Federasiyasının Prezidenti ya­nında Rusiya Xalq Təsərrüfatı Akademiyasının Maxaçqala filialı, Rusiya Federasiyası­nın Həştərxan Dövlət Universiteti ilə “Təfəkkür” Universiteti arasında əməkdaşlıq mü­qavilələri imzalanmışdır. Bu razılaşma universitetlərə təhsil və mədəniyyət sahəsində elmi-tədqiqat işləri aparmağa imkan verir. “Təfəkkür” Universiteti adları qeyd olunan ölkələrin universitetləri ilə məhsuldar əməkdaşlığı, elm-təhsil sahəsində əlaqələri daha da genişləndirmək, qabaqcıl təhsil metodlarının öyrənilməsini və tətbiqini, müəllim və tələbə mübadiləsi üzrə beynəlxalq layihələrdə və proqramlarda birgə iştirakı əhatə edən faydalı iş birliklərini davam etdirməkdədir.
Respublikamızın tanınmış alimlərindən akademik Z.A.Səmədzadə uzun müddət Beynəlxalq münasibətlər kafedrasına rəhbərlik etmiş və bu ixtisas üzrə kadrların hazır­lanmasında fəal iştirak etmişdir. Universitetin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə hazırladığı məzunları öz peşəsinə, yaradıcılıq istiqamətinə görə digər sahələrdən fərqlənirlər.
Ötən illər ərzində Universitetin əməkdaşları respublikamızda və onun hüdudların­dan kənarda – ABŞ, Rusiya, Rumıniya, İtaliya, Türkiyə, Ukrayna, Qazaxıstan və başqa ölkələrdə onlarla məqalə nəşr etdirmişlər. “Təfəkkür” Universiteti  Avropanın, ABŞ-ın, MDB-nin, Türkiyənin, Şimali Kiprin universitetləri ilə məhsuldar əməkdaşlığı davam etdirir, elm-təhsil sahəsində əməkdaşlığı genişləndirməyi, qabaqcıl təhsil metodlarının öyrənilməsini və tətbiqini, müəllim və tələbə mübadiləsi üzrə beynəlxalq layihələrdə və proqramlarda birgə iştirakı və s. əhatə edən bir neçə faydalı sazişlər imzalamışdır. Öz başlıca prinsiplərinə və strateji vəzifələrinə - respublikamız üçün yüksək ixtisaslı kadr və vətənpərvərlərin hazırlanması işinə sadiq qalan “Təfəkkür” Universiteti daim axta­rışda və daim yeniləşməkdədir.

 

 
© 2014 Təfəkkür Universiteti