Təfəkkür Universiteti
Filologiya və biologiya fakültəsi

    Fakültənin dekanı Raqub Şahmar oğlu Kərimovdur.
    Filologiya və biologiya fakültəsi universitetin əsas struktur bölməsindən olub, tərkibində beş kafedranı birləşdirir: Filologiya elmləri kafedrası, Biologiya və təbiət elmləri kafedrası, Xarici dillər və onun tədrisi metodikası kafedrası. Riyaziyyat və informatika kafedrası, Bədən tərbiyəsi və idman kafedrası

    Fakültə üzrə aşağıda göstərilən ixtisaslar tədris olunur: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Biologiya və biologiya müəllimliyi, İbtidai sinif müəllimliyi, Jurnalistika, İngilis dili müəllimliyi.

    Fakültə üzrə tədris: Bolonya və kredit sistemi. Fakültədə Elmi Şura fəaliyyət göstərir və mütəmadi olaraq Elmi Şurada tədris problemləri müzakirə olunaraq qərarlar qəbul edilir. Filologiya və biologiya fakültəsi dekanlıq tərəfindən idarə olunur. Filologiya və biologiya fakültəsində əsas məqsəd təhsilin yüksək keyfiyyətli tədrisi, kafedraların işinin koordinasiya olunması və tələbələrin universitetdə nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət olunmasıdır. Fakültənin nəzdində Tələbə Elmi Cəmiyyəti və tələbə gənclər təşkilatı fəaliyyət göstərir.

 
© 2014 Təfəkkür Universitetiww.azadinform.az