Rektorun abituriyentlərə müraciəti
Filologiya və biologiya fakültəsinin dekanı 

Raqub Şahmar oğlu Kərimov 1946-cı ildə Ağdam rayonunun Əhmədağalı kəndində qulluqcu ailəsində anadan olmuşdur. 1963-cü ildə Qərvənd kənd onbirillik orta məktəbini bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin “Şərqşünaslıq” fakültəsinin «Fars dili tərcüməçisi» şöbəsinə daxil olmuşdur. 1967-ci ilin dekabr ayında, həmin fakültənin beşinci kursunda oxuyarkən SSRİ Qaz Sənaye Nazirliyi xətti ilə tərcüməçi kimi Əfqanstana ezam olunmuş və 1970-ci ilin aprelində Vətənə qayıdaraq təhsilini davam etdirmişdir. 1971-ci ildə təhsilini sona çatdırıb şərqşünas, fars dili tərcüməçi-filoloqu, Azərbaycan və fars dilləri müəllimi ixtisasına yiyələnmişdir.
1971-ci ilin dekabr ayından Azərbaycan SSR EA Tarix İnstitutunda baş laborant vəzifəsində çalışmış, 1973-cü ilin noyabrında SSRİ Energetika Nazirliyi xətti ilə yenidən tərcüməçi kimi Əfqanstana ezam olunmuşdur. 1975-ci ilin dekabr ayında Vətənə qayıtmış və 1976-cı ilin fevral ayından Sovet Azərbaycanının 60 illiyi adına Xankəndi Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətə başlamışdır. 1978-ci ildə ADU-nun nəzdində məqsədli aspiranturaya qəbul olunmuş və 1982-ci ildə «XIX əsrin ikinci yarısı farsdilli Azərbaycan poeziyası» mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adına layiq görülmüşdür. 1986-cı ildə XPİ-nin «Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası» kafedrasının dosenti, 1987-1988-ci illərdə həmin kafedranın müdiri, filologiya fakültəsinin dekanı, ümuminstitut Azərbaycan bölməsinin rəhbəri vəzifələrini icra etmişdir. 1988-ci ilin oktyabr ayında Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq institut Xankəndindən Gəncəyə köçürülərkən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun «Azərbaycan ədəbiyyatı tarixi» kafedrasının dosenti və Xankəndi Pedaqojı İnstitutunun Ağdam şəhərində yerləşən məsləhət məntəqəsinin ictimai əsaslarla müdiri vəzifələrində çalışmışdır. 1991-ci ilin aprel ayından etibarən ADPU-nun Şuşa filialının “Tarix-filologiya” fakültəsinin dekanı vəzifəsində çalışmış, 2000-ci ilin iyun ayında filialın bağlanması ilə əlaqədar olaraq onun bazasında yaradılmış ADPU-nun Ağcabədi tədris məntəqəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirmişdir.
2003-cü ilin iyul ayından Sumqayıt Dövlət Universitetində «Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı» kafedrasının müdiri, 2005-ci ilin may ayından isə «Xarici ölkələr ədəbiyyatı» kafedrasının müdiri vəziflərində çalışmışdır. 2004-cü ildən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun «Farsdilli əlyazmaların tədqiqi” şöbəsində 0,5 ştatla baş elmi işçi, 2008-ci ilin dekabr ayından isə Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetinin «Müasir Azərbaycan dili və ədəbiyyatı» kafedrasının dosenti vəzifələrini icra etmişdir.
Elmi-pedaqoji fəaliyyətilə əlaqədar olaraq üç monoqrafiya, beş kitab, bir metodik tövsiyə nəşr etdirmiş, dörd elmi əsərin redaktoru olmuş, həştaddan çox elmi-publisistik məqalə yazmış, on bir kitabı nəşrə hazırlayıb çap etdirmiş, fars dilindən iki əsəri Azərbaycan dilinə tərcümə etmişdir.
Ailəlidir, iki övladı, iki nəvəsi var.

Seçilmiş   əsərləri
1.Mir Mehdi Xəzani. Bakı, “Ulduz” jur.,  №11, 1984, səh.25-28.
2.Xəzaninin «Xəyalat məcmuəsi» ilk mənbə kimi”. Bakı, ADPU-nun Xəbərləri, №1, 2004, s.422-425.
3.Qasım bəy Zakirin qeyri-mətbu şeirləri. Bakl,“Filologiya məsələləri” “jur., №1, 2008, s.513-530.
4.M.F.Axundzadənin təbrizli müasiri Mirzə Yusif xan. Bakı, AMEA Xəbərləri məcmuəsi. 2012, s.50-61.
5.Molla Pənah Vaqifin şeirləri «Xəyalat məcmuəsi”»ndə. Bakı, “Təfəkkür””””“ Elmi xəbərlər jurnalı, №4, 2014, s.128-134.
6.Q.Zakirin ünvanı dəqiq olmayan bir şeiri haqqında.Bakı, “Təfəkkür” Elmi xəbərlər  jurnalı, №5, 2014, s.78-83.
7.Q.Zakirin müasiri Baba bəy Şakir. Bakı, “Filologiya məsələləri”, №7, 2014, s.289-296.
8.C.Nəvanın Zakirə yazdığı qeyri-mətbu bir mənzuməsi. Bakı, “Filologiya məsələləri”, №2, 2015, s.336-341.
9.Zakirin müasiri Baba bəy Şakirin bir mənzuməsi. Bakı, “Təfəkkür” Elmi xəbərlər jurnalı, № 1(7), 2015, s.58-63.
10.Q.Zakirin həyatından səhifələr (ingiliscə) IJBPAS, June,2015, 4(6): səh.3607-3614.
11.Q.Zakir və Mirzə Fətəli Axundzadənin münasibətlərinə yeni baxış (rusca). Висник Днтпетровського Университету  имени Альфреда Нобеля. 1(9) 2015, səh.11-16                 
12.Zakirin müasiri  Məhəmməd bəy Aşiq . Bakı, “Filologiya məsələləri”,  2015, №4, s.353-360.      
13.Zakir şeirlərinin “Təzkireyi-Nəvvab” nüsxələri. Bakı Slavyan Universiteti, “Tağıyev oxuları” Elmi xəbərlər jurnalı, № 1, 2015, s. 209-213.
14.Zakirim müasiri C. Nəvanın M.F.Axundzadənin arxivində olan mənzumələri. Bakı, “Filologiya məsələləri”, №5, 2015, səh.315-321
15.Zakirin müasiri Gövhər ağa Cavanşir. Bakı Slavyan Universiteti. Hum. elmlərin öyrənilməsi problemləri. №2, 2015. səh110-116.   
16.Dini-ədəbi ənənə və Zakir. Bakı Qızlar Universiteti. Elmi əsərlər, №2, 2015, səh. 36-43.
17.Zakirin müasiri Mirzə Mehdi. BDU, “Dil və ədəbiyyat” jurnalı, 2015, №2, səh.88-95.
18.Zakir irsinin tədqiqi tarixindən (rusca).  Odessa, Актуальнı проблеми философıi та соцıологıi Национальний университет «Одеська юридична академия»2015, №5 стр.103-106.
19.Baba bəy Şakirin Zakirin divanında olan qeyri-mətbu şeirləri. BDU Xəbərləri.
20.Qasım bəy Zakirin müasiri Mir Mehdi Xəzani. Bakı Slavyan Universiteti. Xəbərlər. № 2, 2015, səh.90-97.
21.Zakirin epistolyar məktubları. Bakı, “Təfəkkür” Elmi xəbərlər jurnalı, 2015, №2(8),səh.76-82.
22.Xurşidbanu Natəvanın irsinə yeni baxış. Bakı “Təfəkkür” Elmi xəbərlər jurnalı, №1, 2016, səh. 103-112.
23.Qasım bəy Zakirin farsca şeirlərı. Bakı, “Mədəniyyət. AZ” jurnalı, № 2, 2016, səh.74-78. 
24.Zakirin şair nəvəsi Abdulla bəy Asi. Bakı, “Təfəkkür” Elmi xəbərlər jurnalı, №3, 2016, səh.72-81.
25. Mir Möhsün Nəvvab. “Nəsihətnamə”. Bakı, “Yazıçı” nəşr., 1987.(80 s.) (farsca 6mətnin tərtibçisi)
26.Mir Mehdi Xəzani.Əsərləri.Bakı,Azərbaycan Dövlət Nəşriyyatı,1989.(124s)
27. Mir Möhsün Nəvvabın elmi,dini, tibbi qeydləri.// Əsərləri (səh.185-214). Bakı, “Şuşa” nəşr., 1999, II nəşri, “Şərq-Qərb” nəşriyyatı, 2006 (214 s.).
28. Məşədi Əyyub Baki. “Riyazül-məhəbbət”. Bakı, “Şuşa” nəşr., 2000.(190 s.)
29.Məhəmmədəli bəy Məxfi. Qəzəllər (ön söz, tərtib və nəşrə hazırlanması) Bakı,“Şuşa” nəşriyyatı, 2001 (213s).
30.Həsənəli xan Qaradaği. Əsərləri. Bakı, “Şuşa” nəşr., 2001 (167 s).
31.Həsənəli xan Qaradaği. Fələyin bir belə dövrü olacaqmış. Bakı, Azərbaycan Milli Ensiklopediyası, NRB nəşr., 2003 (280 s).
32. Məşədi Məhəmməd Bülbül. Əsərləri. Bakı, “Şuşa” nəşr., 2008 (360 s).
33. İbrahim Tahir Musayev. Əsərləri. Bakı,“Elm və Təhsil” nəşr. 2012 (633 s)
34. Bəhmən Mirzə Qacar.“Şükürnameyi-Şahənşahi”.Bakı, “Şuşa” nəşr.1999 (62 s) (fars dilindən tərcümə).     
40. Pənahi Semnani. Fətəli Şah Qacar. Bakı, “Şuşa” nəşr., 2006 (256 s.) (fars dilindən tərcümə)
41. Şərq xalqlarının maariflənməsində klassik Azərbaycan şairlərinin rolu. Bakı, “Bilik” nəşr., 1981 (84 s.).
42.Nəsimi poeziyasında bədii təsvir və ifadə vasitələri. Bakı, N.Tusi adına ADPU-nun nəşriyyatı, 1993 (64 s.) (metodik tövsiyə).
43.Farsdilli Azərbaycan poeziyası (XIX əsrin ikinci yarısı) (monoqrafiya).Bakı, “Azərbaycan” nəşr.,1999 (155) s.
44.Hüseynbala Mirələmovun yaradıcılıq yolu (monoqrafiya) Bakı, “Şuşa”nəşr., 2007(310 s.).
45.Abdulla bəy Asinin həyat və yaradıcılığı. Əsərləri. Bakı,“Nurlan” nəşr., 2009 (290s.).
46.Sədi Sani Qarabağinin həyat və yaradıcılığı. Qəzəlləri. Bakı.“Nurlan” nəşr. 2011(222 s.).
47.Qasım bəy Zakir və müasirləri (monoqrafiya). Bakı, “Elm və təhsil” nəşr., 2013 (250 s.)                                                                                          
48.Mir Mehdi Xəzaninin həyat və yaradıcılığı. Əsərləri. Bakı, “Elm və təhsil” nəşr., 2014 (236 s.).                                                                              
49.Sədi Sani Qarabağinin həyat və yaradıcılığı. Əsərləri. Bakı, “Elm və təhsil” nəşr., 2014 (304 s.).

 

 

 

 

 
© 2014 Təfəkkür Universitetiww.azadinform.az