Rektorun abituriyentlərə müraciəti
Həmkarlar İttifaqı Komitəsi

    Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Həmkarlar İttifaqı Komitəsi özünün fəal ictimai mövqeyi ilə fərqlənir. Universitetdə bir çox icti­mai-siyasi təd­­birlər bilavasitə Həmkarlar İttifaqı Komitəsinin adı ilə bağlıdır. Əməkdaşların sosial, hüquqi, mənəvi  məna­felərinin müdafiəsini həyata keçirən bir təşkilat kimi onun xidmətləri daha aydın nəzərə çarpır. Bu təşkilat əməkdaşların sosial vəziyyət­lə­rinin yaxşılaşdırılması, əmək intizamının daha da möhkəmləndirilməsi, ehtiyacı olanlara diqqət və qayğı göstə­rilməsi, sağlamlıqlarının qorunması kimi işlərlə məşğuldur. 
    Həmkarlar İttifaqı Komitəsi əməkdaşların ailələrində baş verən xoşagəlməz və bəd­bəxt hadisələrə dərhal diqqət yetirir. Həmkarlar İttifaqı Komitəsi son zamanlar  ai­lələrində gözlənilməz hadisələr baş vermiş onlarla əmək­daşa maddi və mənəvi yar­dım göstərmiş, səhhətində problem olan əməkdaşlara baş çəkilmiş, lazımi diqqət gös­tərmişdir.
    Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Tofiqə Əhməd qızı Quliyevadır. Tofiqə Əhməd qızı Quliyeva 1959-cu il avqustun 28-də Cəbrayıl rayonunda anadan olmuşdur. 1976-cı ildə Cəbrayıl şəhərindəki 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Memarlıq İnşaat Universitetini bitirmişdir. İlk əmək fəaliyyətinə Bakı Baş Tikinti İdarəsində başlamış, Texniki İstehsalat Şöbəsində mühəndis, şöbənin rəisi vəzifələrində çalışmışdır.
    1997-ci ildən ETM “Təfəkkür” Universitetində maliyyə-iqtisad şöbəsində smetaçı mühasib vəzifəsində işləyir. 2010-cu ildən universitetin Həmkarlar İttifaqı Komitəsinin sədridir.

    Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti Тələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı və Tələbə Şurası Universitet rəhbərliyinin qayğısı, Həmkarlar İttifaqı Komitəsi isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi ilə daha böyük uğurlar qazanmaq əzmindədirlər. 
    Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində Həmkarlar İttifaqı Komitəsi ilə yanaşı Tələbə Gənclər təşkilatının (TGT), Tələbə Şurası (TŞ) və Тələbə Elmi Cəmiyyəti (TEC) kimi ictimai təşkilatlar da fəaliyyət göstərir.

    Son zamanlar respublikada ali məktəb tələbələrinə dövlət səviyyəsində qayğı xeyli artmış, tələbə özünüidarəsinin, tələbələrin hüquq və səlahiyyətlərinin genişləndirilməsinə diqqət çoxalmışdır. “Təfəkkür” Universitetində Tələbə Elmi Cəmiyyətinin, Gənclər Təşkilatının və Tələbə Şurasının fəaliyyəti son vaxtlar yüksəliş dövrünü yaşayır. Universitetdə bu təşkilatlar tələbə gənclərin təhsilinə, dünyagörüşünün dərinləşməsinə, tələbələrin hüquqlarının qorunmasına böyük diqqət verir, bilikli və savadlı kadrlar yetişdirmək işində universitet rəhbərliyinə yaxından kömək edirlər.

     

     

     

 
© 2014 Təfəkkür Universiteti