Təfəkkür Universiteti
Rektor


Hüseynov Rahim Məmməd oğlu - professor, “Təfəkkür” Universitetinin rektoru, Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, “Dünya informasioloqları elitası” ünvanlı beynəlxalq müsabiqələr, akademik S.Vavilov və akademik Y.Məmmədəliyev adına mükafatların laureatı, ehtiyatda olan tibb-xidməti polkovnikidir.

 

Rahim Məmməd oğlu Hüseynov 1947-ci ildə Salyan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1964-cü ildə orta məktəbi bitirib N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1970-ci ildə institutu bitirmiş və həkim ixtisası almışdır. Həmin il təyinatla Ordu sıralarına göndərilmiş, 1972-ci ilə qədər İvanovo (Rusiya Federasiyası) vilayətinin Teykovo şəhərində hərbi hissənin həkimi işləmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1972-1975-ci illərdə Salyan rayon mərkəzi xəstəxanasında həkim-cərrah işləmişdir. 1975-1977-ci illərdə respublika Səhiyyə Nazirliyi aparatında Müalicə-profilaktika yardımı idarəsində həkim-inspektor, 1977-1980-ci illərdə nazirliyin Ərizə və şikayətlər şöbəsinin müdiri, Kadrlar, elm və təhsil müəssisələri idarəsinin rəisi, 1980-1986-cı illərdə Müalicə-profilaktika yardımı Baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1981-ci ildə Səhiyyə Nazirliyinin Kollegiya üzvü seçilmişdir. 1986-cı ildə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsində çalışmışdır. 
1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 1995-2016-cı illərdə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin prorektoru, Tibbi biologiya, hazırkı Biologiya və təbiət elmləri kafedrasının müdiri vəzifəsində işləmişdir. 2016-cı ildən Elm və Təhsil Mərkəzi “Təfəkkür” universitetinin rektorudur. 
Professor Rahim Hüseynov ali dərəcəli səhiyyə təşkilatçısıdır. Uzun müddət Azərbaycan səhiyyəsinin planlaşdırılmasında tibbi demoqrafik vəziyyətin aktual problemləri üzərində tədqiqat işləri aparmışdır. Respublikamızda və dünyanın bir sıra ölkələrində nəşr olunan tanınmış jurnallarda səhiyyə problemlərindən bəhs edən 100-ə qədər elmi məqaləsi, iri həcmli iki kitabı nəşr olunmuşdur. Azərbaycan Respublikasının 2000-ci ilə qədər inkişaf proqramında səhiyyənin planlaşdırılmasında R.Hüseynovun tədqiqatlarından geniş istifadə olunmuşdur. Elm sahəsindəki yüksək xidmətlərinə görə 1994-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tibb doktoru seçilmişdir. 1997-ci ildə Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü seçilmişdir. Tibbi demoqrafiya və ekologiya sahəsində beynəlxalq miqyaslı tədqiqatlarına görə “Dünya informasioloqları elitası” ünvanlı beynəlxalq müsabiqələr, akademik S.Vavilov və akademik Y.Məmmədəliyev adına mükafatların laureatıdır. 2016-cı ildə “Dünya Azərbaycanlıları” İctimai Mərkəzi ilin yekunlarına dair “Qızıl Buta” mükafatı uğrunda respondentlər arasında sorğular keçirmişdir. Sorğunun rəsmi nəticələrinə görə “Təhsil müəssisəsində beynəlxalq təhsil sisteminin tətbiqindəki fəaliyyətinə görə” Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin rektoru professor Rahim Hüseynov “Qızıl Buta” mükafatına layiq görülmüşdür. 
Professor Rahim Hüseynov Respublikada müharibə vəziyyəti ilə əlaqədar hərbi-tibbi xidmətin yaradılmasında bilavasitə iştirak etmiş və onun qısa müddətdə təşkilinə rəhbərlik etmişdir. 487 gün Yuxarı Qarabağda ezamiyyətdə olmuşdur. Qarabağ müharibəsi veteranı və ehtiyatda olan tibb-xidməti polkovnikidir. “Səhiyyə əlaçısı” döş nişanı, medallar və fəxri fərmanlarla təltif olunmuşdur. 
1990-1995-ci illərdə Azərbaycan Respublikasının xalq deputatı seçilmişdir. “Təhsil” qəzetinin redaksiya heyətinin üzvü, “Təfəkkür” elmi xəbərlər jurnalının baş redaktorudur. “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin və  Alman-Azərbaycan dostluq cəmiyyətinin fəxri üzvüdür. 
Ailəlidir, iki övladı var.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. Динамика смертности населения по причинам смерти. В сб.: Региональные особенности и причины смертности населения Азербайджанской ССР (ДСП) НИИ экономики при Госплане Азерб. ССР, Баку, 1983 г., с. 53-63. К.Б.Мамедов.
  2. Современные особенности развития демографических процессов в Азербайджанской ССР. Информационное письмо Минздрава Азербайджанской ССР (ДСП), Баку, 1983 г. М.С.Бедный.
  3. Организация и проведение диспансеризации всего населения Азербайджанской ССР. Методические рекомендации Минздрава Азербайджанской ССР Баку, 1984 г. А.А.Алиев, А.А.Ахмедов, Г.Л.Труман.
  4. Диспансеризация-основа оздоровления населения. Азербайджанский медицинский журнал, №10, Баку, 1984 г., с.61-63.
  5. О необходимости учета демографических факторов при планировании развития здравоохранения. В сб.: Материалы Всесоюзной научной конференции «Народо-население и совершенствование планирования инфраструктуры» Баку, 1984 г., с.99-101.
  6. Некоторые вопросы организаций диспансеризации всего населения Азербайджанской ССР и ее социально – экономическая связь. Материалы Республиканской научно-практической конференции АЗ. Гос. Мединститута им. Н.Нариманова, Баку, 1985 г., с.8-16. А.А.Алиев, А.А.Ахмедов,  Г.Л.Труман.
  7. К вопросу диспансеризации населения Азербайджанской ССР. Материалы Республиканской научно-практической конференции Аз. Гос. Мединститута им. Н.Нариманова, Баку, 1985 г., с.23-27.
  8. Тенденция развитие здравоохранение в Азербайджанской ССР и некоторые пути повышения эффективности его функционирования. В сб.: Материалы Пленума научного совета по социальной гигиены и организации здравоохранения АМН СССР, Москва, 1989 г., с.151-159.
  9. Совершенствования форм и методов изучения состояния здоровья населения и разработки мероприятий по его улучшению. Журнал «Советское здравоохранение», №3, Москва, 1990 г., с.7
  10.  Некоторые актуальные проблемы социально-демографического развития в Азербайджане в период перехода к рыночной экономики. Бюллетень научных материалов университета «Тефеккюр», Баку, 1996 г., с.23-33.
  11.  Актуальные вопросы демографической политики на современном этапе в период перехода на новую экономическую систему в Азербайджане. В сб.: Материалы Республиканской научно-практической конференции «Азербайджан на пороге ХХI века», Баку, 1997 г., с.336-338.
  12.  Современные и перспективные тенденции в демографическом развитии Азербайджана. В сб.: Материалы 2-ой Республиканской научно-практической конференции «Азербайджан на пороге ХХI века», Баку,1998 г., с.430-432.
  13.  Оценка новых тенденции демографического развития Азербайджана на современном этапе. В сб.: Материалы научных трудов университета «Тефеккюр» №3, Баку, 1999 г., с.3-9.
  14.  Современная медико – демографическая ситуация в Азербайджанской Республики и ее значение для выбора тактики и реформирования здравоохранения. Монография, УМС Минздрава Азербайджанской Республики (протокол №94 от 06 июля 2005 г.), Баку, 2005 г., с.3-242.
  15.  Динамика медико – демографических особенностей семьи в республике. Доклады. Национальная Академия Наук Азербайджана. №5-6, Баку, 2006 г., с.139-147.
  16.  Приоритеты в области медико-социальной и медико-организационной политики Азербайджанской республики. Азербайджанский медицинский журнал, №1, Баку, 2007 г., с.156-161.
  17.  Динамика смертности и естественного прироста населения в республике и ее региональные особенности. Доклады. Национальная Академия Наук Азербайджана. №1, Баку, 2007 г., с.96-104.
  18.  Динамика рождаемости и оценка особенности в регионах республике. Научно-практический журнал «Здоровые», №2, Баку, 2007 г., с.180-189.
  19.  Некоторые особенности характеристики системы здравоохранения Азербайджанской Республики. Азербайджанский медицинский журнал, №2, Баку, 2007 г., с.164-168.
  20.  Причины смертности населения и их современные особенности в Азербайджанской Республике. Научно-практический журнал «Здоровые», №4, Баку, 2007 г., с.164-172.
  21.  Особенности демографической политики в здравоохранении. Научно-практический журнал «Здоровые», №10, Баку, 2007 г., с.179-189.
  22.  Динамика численности, возрастно-полового состава и регионального распределения населения. Научно-практический журнал «Здоровые», №1, Баку, 2008 г., с.159-171.
  23.  Критерии оценки медико-демографической ситуации в Азербайджанской республике. Азербайджанский медицинский журнал, №1, Баку, 2009 г., с.153-158.
  24. Bitki ekstraktlarının antioksidant və antiradikal aktivliyinin təyini. Bakı, Təfəkkür elmi xəbərlər jurnalı. № 3,  2014,  səh.92-99
  25. Platin və palladiumun bioloji fəal koordinasion birləşmələri. Bakı,Təfəkkür elmi xəbərlər jurnalı. №4,  2014,  səh.104-108
  26. Xalqın və dövlətin inkişafında liderin rolu. Bakı, Təfəkkür elmi xəbərlər jurnalı.    2 11,  2016,  səh. 5-8
  27. Azərbaycan elminin və təhsilin vacib problemləri haqqında. “Təfəkkür” Universitetində keçirilən elmi-praktik  konfransdakı məruzəsi. Bakı, 26. 04. 2017

“Təfəkkür” Universitetində Yeni Azərbaycan Partiyası üzvlərinin sayı gündən-günə artır. YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyevin iştirak etdiyi tədbirdə YAP üzvlüyünə qəbul olunmuş gənclərə partiya biletləri təqdim olunur.
30.12.2016

 

Elm və Təhsil Mərkəzi "Təfəkkür" universitetinin akt zalında "Təfəkkür" universitetinin məzunu Nuranə Nəcəfovanın layihəsi əsasında Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun Maliyyə Dəstəyi ilə Qarabağ müharibəsində hərbi hissələrin qəhrəmanlıqlarına, torpaqlarımızın azad edilməsində gənclərin roluna həsr olunmuş tədbiri giriş sözü ilə açan, beş ildən artıq bir müddətdə müharibənin ağrı-acısının canlı şahidi və iştirakçısı olmuş, minlərlə yaralının yenidən həyata qaytarılmasında xüsusi xidmətləri olan, universitetin rektoru, ehtiyatda olan tibb-xidməti polkovniki, professor Rahim Hüseynov gənclərin vətənpərvərlik ruhunda tərbiyələnməsində bu layihənin əhəmiyyətini yüksək qiymətləndirdi. Rektor bu ilin aprel döyüşlərində əsgər və zabitlərimizin qəhrəmanlığını, ordumuzun torpaqlarımızı azad etməyə tam hazır olduğunu xüsusi vurğuladı.
15.12.2016

“Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 cü il dönümünə həsr olunmuş elmi-praktiki konfransında universitetin rektoru, professor Rahim Hüseynov çıxış edir.
26.04.2017

 
“Azərbaycan xalqının tarixində dünyada misli görünməyən, insanlığa sığmayan, olduqca dəhşətli faciələrdən biri də 25 il əvvəl erməni vandalizmi tərəfindən törədilmiş Xocalı soyqırımıdır. Fevralın 24-də "Təfəkkür" universitetinin akt zalında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Rahim Hüseynov XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı, onun baş vermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş qanlı cinayətlər barədə danışdı. Faciənin iştirakçısı, canlı şahidi kimi gördüklərindən, yaralılara göstərilən ilk tibbi yardımlardan və onların müalicəsi üçün görülən təşkilatçılıq işindən, xalqın bu faciəyə münasibətindən, insanların yaralılara necə yardım göstərdiyindən, qan vermək üçün növbəyə dayandıqlarından danışdı.
24.02.2017

“Yanvarın 13-də "Təfəkkür" universitetinin rektoru, prof. Rahim Hüseynov universitetin akt zalında Filologiya-biologiya, İqtisadiyyat və nəqliyyat fakültələrinin qiyabi şöbələrinin tələbələri ilə görüşdü. Qış imtahan sessiyası ilə əlaqədar universitetdə əlavə tədbirlər görüldüyünü tələbələrin nəzərinə çatdırdı. Qış imtahan sessiyası ilə əlaqədar olaraq kitabxananın fəaliyyətinin daha da gücləndirildiyini, tələbələrin elektron kitablardan səmərəli istifadə etmələri üçün hər cür şərait yaradıldığını bildirdi.
13.01.2017

Xəbərlər

Professor Rahim Hüseynov elmin inkişafındakı xidmətlərinə və ictimai fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülmüşdür:

Akademik S.Vavilov adına Ali mükafat

"Qızıl Buta" mükafatı

"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinə fəxri üzv