Təfəkkür Universiteti
Tələbə Gənclər Təşkilatı
 

    Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 2005-ci il 15 fevral tarixli sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində olduğu kimi, Təfəkkür Universitetində də Tələbə Gənclər Təşkilatı yaradılmışdır. Universitetin Tələbə Gənclər Təşkilatı öz işini "Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının əsasnaməsi"nə uyğun qurmuşdur. Tələbə Gənclər Təşkilatının əsas məqsədi tələbələrin asudə vaxtlarından səmərəli istifadə etmələrinə yardımçı olmaq, onların pis vərdişlərdən uzaq olmalarına və ən əsası sağlam həyatlarını və şüurlarını qoruyub saxlamalarına, gələcək həyatlarını düzgün qurmalarına kömək etməkdir. Tələbə Gənclər Təşkilatının əsas məqsədi universitetdə təhsilin inkişafına yaxından kömək göstərmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında tələbələrin fəal iştirakını təmin etmək, onların hüquqlarını müdafiə etməkdir. Tələbə gənclər arasında bəşəri dəyərləri təbliğ etmək, vətəndaş cəmiyyətinin inkişafında onların rolunun artırılmasına nail olmaq Tələbə Gənclər Təşkilatının əsas qayələrindəndir. Təşkilatın nəzdində müxtəlif işçi qruplar və klublar fəaliyyət göstərir. İşçi qruplar və klublar tələbələrin müvafiq sahələrdə daha məqsədyönlü fəaliyyətini təmin edir. Universitetin Tələbə Gənclər Təşkilatının sədri Sakit İlham oğlu Orucovdur.

    Sakit İlham oğlu Orucov 1997-ci ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Bakıdakı 214 nömrəli məktəbi bitirmiş, 2014-cü ildə Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Nəqliyyat və İqtisadiyyat fakültəsinin Yerüstü Nəqliyyat vasitələrinin mühəndisliyi ixtisasına qəbul olmuşdur. Həmin ilin oktyabrından Tələbə Gənclər Təşkilatının qrup sədri kimi fəaliyyət göstərir. İqtisadiyyat və Nəqliyyat fakültəsinin Elmi Şurasının idarə heyətinin üzvüdür. Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı, Azərbaycan Həmkarlar İttifaqı, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra Fəxri fərman və diplomlarla təltif olunmuşdur. 2017-ci ilin 14 oktyabrında Universitetin Tələbə Gənclər Təşkilatının hesabat seçki konfransında Tələbə Gənclər Təşkilatına sədr seçilmişdir.

     

     

 
Tələbə uğurları

© 2014 Təfəkkür Universiteti