Təfəkkür Universiteti
İqtisadiyyat kafedrası

Kafedranın müdiri professor Mirsaleh Hüseynağa oğlu Hüseynovdur. 
İqtisadiyyat kafedrası əsas tədris, elm struktur bölmələrindən biri olub İqtisadiyyat və Nəqliyyat fakültəsinin tərkibinə daxildir. Kafedranın kollektivi Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə, o cümlədən“Təhsil haqqındaˮ Azərbaycan Respublikasının QanununaElm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Nizamnaməsinə“Ali təhsil müəssəsinin Nümunəvi Nizamnaməsinə”, kafedranın  əsasnaməsinə uyğun olaraq formalaşdırılıb və fəaliyyət göstərir. Kafedranın professor müəllim heyəti tərəfindən Maliyyə, pul və banklar, Bank işi, Dünya  iqtisadiyyatı, Beynəlxalq iqtisadi münasibətlər, Beynəlxalq kommersiya işi, Beynəlxalq marketinq, Kommersiya fəaliyyətinin əsasları, Mühasibat uçotu, Azərbaycan iqtisadiyyatı, Gömrük işi, Menecment, Qiymətli kağızlar, İqtisadi təhlil və audit, Xarici ölkələrin maliyyəsi, İqtisadiyyatın tənzimlənməsi, Vergi və vergitutma, Biznesin əsasları və s. fənlər tədris olunur.


Mirsaleh Hüseynağa oğlu Hüseynov Mirsaleh Hüseynağa oğlu Hüseynov 1950-ci ildə Cəlilabad şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1966-cı ildə Bakı şəhərində Azneftin Əsaslı Tikinti idarəsində fəhlə kimi başlamışdır. 1973-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsini bitirərək ali təhsilli mütəxəssis kimi Abşeron rayonunun Zirə südçülük-tərəvəzçilik savxozunda baytar həkim işləmişdir. 1973- 1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1974-1977- ci illərdə Abşeron rayonundakı Xızı südçülük savxozunda baş baytar həkim, savxoz direktorunun müavini işləmişdir. 1977-1993-ci illərdə Abşeron rayon baytarlıq idarəsinin rəisi, rayon Partiya Komitəsinin Katibi, Azərbaycan Kominist Partiyası Mərkəzi Komitəsində baş məsləhətçi, Prezident aparatında aqrar sahə üzrə şöbə müdirinin müavini, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmışdır. 1993-2001-ci illərdə Dövlət Baytarlıq Komitəsinin sədri, 2002-2006-cı illərdə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli fondu direktorunun müavini vəzifəsində işləmişdir. 
Azərbaycan respublikası politologiya İnstitutunu, Kənd Təsərrüfatı akademiyasının İqtisadiyyat fakültəsini, Azərbaycan Dövlət İqtisad universitetinin Dünya İqtisadiyyatı fakültəsini bitirmişdir. 1984-cü ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər nazimədi adına layiq görülmüşdür. 2006-cı ildən Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Maliyyə və Beynəlxalq İqtisadi Münasibətlər kafedrasında baş müəllim, dosent, professor, iqtisadiyyat kafedrasının müdirinin müavini, 2017-ci ildən həmin kafedranın müdiri vəzifəsində çalışır. İşlədiyi müddətlərdə bir sıra orden və medallarla təltif olunmuşdur. 1983-cü ildə Aqrar sahə üzrə respublikanın qabaqcıl mütəxəssisi adına, 1982-ci ildə SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin qızıl medalına layiq görülmüşdür. Bir neçə dərs vəsaiti və dərslik proqramının müəllifidir, elmi məqalələri respublikanın və xarici ölkələrin məcmuələrində dərc olunmuşdur.