Nəqliyyat və iqtisadiyyat fakültəsi
İqtisadiyyat və nəqliyyat fakültəsi
 



    Fakültənin dekanı iqtisad üzrə fəlsəfə doktoru İsmayılova Həcər Qafar qızıdır.
    İqtisadiyyat və nəqliyyat fakültəsi universitetin əsas struktur bölməsindən olub, tərkibində iki kafedranı birləşdirir. Onlardan biri İqtisadiyyat,o biri isə Nəqliyyat və tətbiqi mexanika kafedrasıdır. Fakültə üzrə aşağıda göstərilən ixtisaslar tədris olunur: Maliyyə, Mühasibat uçotu, Dünya iqtisadiyyatı, Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi
    Fakültə üzrə tədris: Bolonya və kredit sistemi. Fakültədə Elmi Şura fəaliyyət göstərir və mütəmadi olaraq Elmi Şurada tədris problemləri müzakirə olunaraq qərarlar qəbul edilir. İqtisadiyyat və nəqliyyat fakültəsi dekanlıq tərəfindən idarə olunur.
    İqtisadiyyat və nəqliyyat fakültəsində əsas məqsəd təhsilin yüksək keyfiyyətli tədrisi, kafedraların işinin koordinasiya olunması və tələbələrin universitetdə nizam-intizam qaydalarına riayət etmələrinə nəzarət olunmasıdır. Fakültənin nəzdində Tələbə Elmi Cəmiyyəti və tələbə gənclər təşkilatı fəaliyyət göstərir.

    İsmayılova Həcər Qafar qızı 1977-ci il mayın 4-də Bakı şəhərində  anadan olmuşdur. 1994-ci ildə Bakıdakı Həbibbəy Mahmudbəyov adına 2 saylı texniki-humanitar elmlər liseyini bitirmişdir. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya və Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsinin “Ticarətin və istehlak kooperasiyasının iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə bakalavr səviyyəsini və 2000-ci ildə isə Azərbaycan Dövlət Neft Akademiyasında “İqtisadiyyat, Beynəlxalq İqtisadi Münasibətlər və Menecment”  fakültəsinin  “Biznesin iqtisadiyyatı və idarə edilməsi” ixtisasi üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.
    1998-ci ildən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində statist, 2002-ci ildən  mühasib, 2016-cı ildən isə “İqtisadiyyat və Nəqliyyat” fakültəsində dekan vəzifəsində işləyir.
    2016-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə etmişdir.
    Ailəlidir, bir övladı var.
    Bir sıra elmi məqalələrin müəllifidir.

     

    ƏSƏRLƏRİ

  1. Müasir şəraitdə müəssisələrin fəaliyyətinin planlaşdırılmasının bəzi məsələləri, «Azərbaycan XXI əsrin astanasında» elmi- praktik konfransının materialları, Bakı, 1998, s.106-107.
  2. Sahibkarlıq fəaliyyətinin sosial problemlərin həllində rolu, ADNA-nın 80-illik yubileyinə həsr olunmuş “Yanacaq-enerji kompleksi sahələrinin iqtisadi inkişaf problemləri” respublika elmi praktik konfransının materialları, Bakı, 2000, s. 158-159
  3. Azərbaycanda investisiya mühiti, “Azərbaycan iqtisadiyyatının strateji problemləri” Respublika elmi- praktik konfransının materialları,  Bakı, 2002, s.342
  4. Neft sənayesi müəssisələrində ətraf mühitin mühafizəsinin təşkilinin təkmilləşdirilməsi, Azərbaycan respublikasının Prezidenti Heydər  Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş  “Təbii sərvətlərin qiymətləndirilməsi və təbiətdən istifadə” elmi-praktik  konfransının tezisləri. Bakı, 2003, s.299-302.
  5. Neft kəmərlərinin cəkilişi və istismarı zamanı ekoloji təsirin qiymətləndirilməsi və yumşaldılması tədbirləri, Aspirantların və gənc tədqiqatcıların elmi konfransının məruzələri. Bakı, 2004, s.239-243.
  6. Azərbaycanda ətraf mühiti  cirkləndirən əsas mənbələr və ekoloji durumun qiymətləndirilməsi yolları, “Azərbaycan Ali Texniki məktəblərinin xəbərləri” jurnalı №6 (40), 2005, s.79-86.
  7. Boru kəmərlərindən neft dağılmaları zamanı eko-iqtisadi risk amillərinin qiymətləndirilməsi, “Azərbaycan Neft Təsərrüfatı” jurnalı, №8, 2007, s.50-52.
  8. Qəza neft dağılmalarının boru kəmərinin eko-iqtisadi göstəricilərinə təsiri, Aspirantların və gənc tədqiqatçıların Respublika elmi konfransının materialları, Bakı, 2008, s.176
  9. Karbohidrogenlərin hasilatı və nəqli zamanı eko-iqtisadi problemlərin informasiya texnologiyaları əsasında həlli haqqında, Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XV cild, “Xəzər dənizi və ətraf regionların ekosistemləri: təhlükə və risklər”. Bakı, Elm-Təhsil Nəşriyyatı, 2010,      s.295-297.
  10. Об оценке фактора эколого-экономического риска при разливе нефти из трубопроводов, Материалы Международной научно-практической конференции «Иннавационное развитие нефтегазового комплекса Казахстана».АО «Каз НИПИ мунайгаз».Актау, 2013, часть 2, с.459-462
  11. Neft və neft məhsullarının istehsalı, istehlakı, nəqli və saxlanmasında eko-iqtisadi məsələlər, Azərbaycan Respublikası Təhsil Nazirliyi. Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransının materialları. Bakı- 2015, I cild, s.245-246.
  12. Об оценке ущерба от аварийных потерь для различных категорий утечек нефти, Материалы 69-ой Международной молодежной научной конференции «Нефть и газ-2015» Москва, 2015, с.98.
  13. О сокращении технологических потерь и диагностировании риска при аварийных утечках нефтей в трубопроводах, Ukrainian journal EKONОМIST,Kiev 2015, №11, с.23-26.
  14. Neft-qazçıxarma müəssisələrində texnoloji itkilərin azaldılmasının ekoloji-iqtisadi aspektləri, KOOPERASİYA elmi-praktiki jurnal №4 (39), 2015, s.37-42.
  15. Azərbaycanda ekoloji təhlükəsizlik fəaliyyətinin həyata keçirilməsi mexanizmləri, AMEA-nın Xəbərləri, İqtisadiyyat seriyası №4, Bakı, Elm, 2015, s. 19-28.
  16. Об оценке риска разлива нефтей при трубопроводном транспорте, XI Всероссийская научно-техническая конференция «Актуальные проблемы развития нефтегазового комплекса Росии», с.156., Москва 2016.

     

 
© 2014 Təfəkkür Universitetiww.azadinform.az