Nəqliyyat və tətbiqi mexanika kafedrası
Nəqliyyat və tətbiqi mexanika kafedrası

Kafedranın müdiri professor Darvin Qulu oğlu Ağamalıyevdir..
Nəqliyyat və tətbiqi mexanika kafedrası universitetin əsas tədris-elm struktur bölməsi olub, İqtisadiyyat və nəqliyyat fakültəsinin tərkibində fəaliyyət göstərir və 3 ixtisas üzrə tədris formalarını həyata keçirir:

Yerüstü nəqliyyat vasitələri mühəndisliyi

Nəqliyyat tikintisi mühəndisliyi

Daşımalar və idarəetmənin təşkili

Kafedranın əsas məqsədiyüksək səviyyədə tədris prosesini təşkil etmək və nəqliyyat sahəsində müasir tələblərə cavab verən mühəndislər hazırlamaqdır.
Tədrisin forması: Boloniya və kredit sistemi.Kafedrada4 professor, 6 dosent və 5 baş müəllim işləyir. Kafedranın tərkibində “Yol hərəkətinin təşkili”, “Nəqliyyat tikintisi mühəndisliyi” laboratoriyaları fəaliyyət göstərir. 
Kafedrada əsasən aşağıdakı fənlər tədris olunur:

  1. Yol hərəkətinin təşkili və təhlükəsizliyi
  2. Avtomobil yolları
  3. Yol nəqliyyat hadisələrinin təhlili və avtotexniki ekspertizası
  4. Yol hərəkəti təşkilinin texniki nizamlanma vasitələri
  5. Şəhərlərin nəqliyyat planlaşdırılması
  6. Nəqliyyat mühərrikləri
  7. Dəmir yolunun layihələndirilməsi, tikintisi və istismarı
  8. Dəmir yolları
  9. Sərnişin və yük daşımaları
  10. Daşımaların təşkili və idarə edilməsi
  11. Nəqliyyat avtomatlaşdırılmış idarəetmə sistemləri
  12. Nəqliyyatda kommersiya işləri
  13. Yol hərəkəti qaydaları və təhlükəsizliyi

 

Kafedra müdiri Darvin Qulu oğlu Ağamalıyev 26 sentyabr 1948-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. 1966-cı ildə həmin rayonun Gölkənd kənd orta məktəbini bitirib, həmin ildə də Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə həmin Universitetin fizika fakültəsini bitirib, göndərişlə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutuna işləməyə göndərilmişdir və Kristallar fizikası laboratoriyasında baş laborant vəzifəsində işə başlamışdır. 
Darvin Qulu oğlu Ağamalıyev işə başlayan gündən elmə və təcrübəyə böyük maraq göstərmiş, AIII BIV tipli yarımkeçirici elementlərin işıq və rentgen keçiriciliyini tədqiq etməyə başlamışdır. 1984-cü ildə bu mövzu ilə əlaqədar namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi adına layiq görülmüşdür. 01.07.1972-ci ildən 13.06.1992-ci ilə qədər çalışdığı "Fizika" İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 13.06.1992-ci ildən 17.02.1995-ci ilə qədər Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışmışdır. 10.04.1995-ci ildən 17.02.2001-ci ilə qədər Bakı şəhər İcra Hakimiyyətində Şöbə müdiri vəzifəsində çalışmışdır. 15.09.2005-ci ildən Elm və Təhsil Mərkəzi TƏFƏKKÜR Universitetində dosent, 12.06.2017-ci ildən isə Nəqliyyat və Tətbiqi mexanika kafedrasının müdiri təyin edilmişdir. Universitetin ictimai-siyasi işlərində fəal iştirak edir. Darvin müəllim, dostları arasında böyük nüfuza malikdir, dostluqda etibarlıdır və kollektivin işlərində həmişə yaxından iştirak etmişdir. Darvin müəllimin elmi əsərləri dünyanın müxtəlif ölkələrində - Rusiyanın Moskva, Sankt-Peterburq şəhərlərində, Yaponiyada, Macarıstanda və Azərbaycan Respublikasında ixtisas jurnallarında çap olunmuşdur. Darvin Ağamalıyev 6 müəlliflik Şəhadətnaməsinin müəllifir. Onun apardığı elmi-tədqiqat işlərinin geniş tətbiq sahələri vardır. Hal – hazırda bu elmi-tədqiqat işlərində öyrənilmiş yarımkeçirici maddələrdən rentgen defektorlar və datçiklərin (verici) hazırlanmasında, eyni zamanda avtomatik idarəetmə sistemlərində işığa həssas elementlərdən geniş istifadə olunur.  

Darvin müəllimin 30-a yaxın elmi məqalələri vardır ki, bəzilərini bu yazıya əlavə edirik
1. Guseynov G. D., Abdullayeva S. G., Rustamov P. G., Melikova S. D., Agamaliyev D. G. Spiral Growth of GaSzSe1-x Grystals. Abstract the IV International Conferense on Grystal Growth. Tokyo, 1974, p. 110.
2. А.с.№ 524423 (СССР). Дедектор рентгеновского излучения. /Абдул-лаев Г. Б., Гусейнов Г. Д., Исмаилов М. З., Баннаев Г. М., Агамалиев Д. Г., Мурадова Г. А. – от 15 апреля 1976 г
3. Гусейнов Г. Д., Исмаилов М. З., Искендеров Г. И., Агамалиев Д. Г., Баннаева Г. Г., Алиева М. Х., Мамедбейли С. Д. Фотовольтаического эффекты в монокристаллах AIII BIV и гетеропереходах на их основе. Резюме докладов Международного совещания по фотоэлектрическим и оптическим явлениям в твердом теле. Варна, 1977, с. 53.
4. Гусейнов Г. Д., Абдуллаев А. Г., Агамалиев Д. Г., Баннаева Г. Г., Искендеров Г. И., Исмаилов М. З., Наджафов А. И. Особенности фото-вольтаических эффектов и преобразователейна основе слоистых полупроводников. Тезисы докладов VIII научно-технического совешания по фотоэлектрическим полупроводниковым приемникам излучения. – Москва, 1978, с. 32.
5. Гусейнов Г. Д., Абдуллаев А. Г., Агамалиев Д. Г., Баннаева Г. Г., Искендеров Г. И., Исмаилов М. З., Мамедбейли С. Д. . Особенности фото-вольтаических эффектов в слоистых полупроводниках AIII BIV. Тезисы докладов V Всесоюзной конференции по химии, физике и техническому применению халькогенидов. Баку, 1979, с.107.
6. Гусейнов Г. Д., Агамалиев Д. Г., Абдуллаев А. Г., Меликова З. Д., Рамазанзаде А. М., Исмаилов М. З., Халилов Х. Я. Спиральный рост кристаллов GaSxSe1-x (0 ≤ X ≤ 1). Изв. АН Азерб. ССР сер.физ.-тех. и мат.наук 1980, №1, с.80 -84.
7. Абдуллаева С. Г., Гусейнов Г. Д., Агамалиев Д. Г., Наджафов А. И., Алиева М. Х. Некоторые особенности фотопроводимости монокристаллов GaSxSe1-x (0 ≤ X ≤1) с примесью РЗЭ. Резюме докладов Международного совещания по фотоэлектрическим и оптическим явлениям в твердом теле. Варна, 1980, с. 51.
8. Агамалиев Д. Г. Глубокие рекомбинационные центры в монокрис-таллах GaS0,5Se0,5 (ув) и осцилляция фотопроводимости. Тезисы докладов V Республиканой конференции молодых ученых-физиков. Баку, 1980, с.77.
9. Гусейнов Г. Д., Агамалиев Д. Г.,Керимова Э. М. Фотовольтаического эффекты в монокристаллах P – GaSe ИФАН Азерб. ССР, препринт №44, 1981, 16 с.
10. Абдуллаева С. Г., Агамалиев Д. Г., Наджафов А. И., Алиева М. Х. Некоторые особенности фотопроводимости монокристаллов GaS и GaS0,5Se0,5 с примесью РЗЭ. ФТП, 1981, т, 15, № 8, с. 1665. РА-311/81 (электроника).
11. А.с. № 928959 (СССР). Фоточувствительный материал. / Рустамов П. Г., Агамалиев Д. Г., Алиев О. М., Наджафов А. И., Алиев В. А., Абдуллаева С. Г. – от 14 января 1980 г.
12. А.с. № 871645 (СССР). Детектор рентгеновского излучения. / Рус-тамов П. Г., Агамалиев Д. Г., Алиев О. М., Наджафов А. И., Абдуллаева С. Г. – от 8 июня 1981 г.
13. А.с. № 931016 (СССР). Материал для детектора рентгеновского излучения. / Рустамов П. Г., Агамалиев Д. Г., Алиев О. М., Наджафов А. И., Абдуллаева С. Г. – от 21 января 1982 г.


Ailəlidir, üç övladı var.

 
© 2014 Təfəkkür Universitetiww.azadinform.az