Rektorun abituriyentlərə müraciəti
Universitetə qəbul qaydaları, güzəşt və təqaüdlər

Elm və Təhsil Mərkəzi “Təfəkkür”Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin kontingentinin formalaşması təsdiq olunmuş qəbul qaydalarına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarının nəticələrinə görə həyata keçirilir.

Universitetə qəbul olunmuş tələbələrin qeydiyyatı üçün aşağıdakı sənədlər lazımdır:

  • Attestat
  • Şəxsiyyət vəsiqəsinin əsli (surəti ilə birlikdə)
  • 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil (son 6 ayda çəkilmiş)
  • TQDK ödəmə kartı (iş nömrəsi və şifrə)
  • Təhsil haqqında güzəştlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test imtahanlarında yüksək bal toplayan tələbələrə  aşağıda göstərilən qaydalarda edilir.
    1) 600-dən yuxarı bal toplayanlar üçün 100%,
    2) 580-600-bal üçün 75%,
    3) 550-579 bal üçün 50%,
    4) 500-549 bal üçün 25%
  • Bundan əlavə, şəhid övladlarına və hər iki valideynini itirmiş tələbələrə, Milli qəhrəmanlara və Qarabağ müharibəsinin I və II qrup əlillərinə təhsil haqqından 50% güzəşt edilir.
Universitetdə istedadlı və perspektivli tələbələrə kömək etmək və onları həvəsləndirmək məqsədilə adlı təqaüd təsis edilmişdir.Heydər Əliyev adına təqaüd universitetin ictimai həyatında fəal iştirak edən, I və II kursu əla qiymətlərlə başa vuran tələbələrə verilir. Heydər Əliyev adına təqaüdə layiq görülən tələbə təhsil haqqından tam azad edilir.
 
© 2014 Təfəkkür Universitetiww.azadinform.az