Rektorun abituriyentlərə müraciəti
Rektorun abituriyentlərə müraciəti

Əziz abituriyentlər!
Təfəkkür Universitetinə xoş gəlmisiniz!
Sizləri Azərbaycanın tanınmış universitetlərindən biri olan Təfəkkürün tələbəsi olmağa dəvət edirəm. Əgər siz universitetimizi seçsəniz dərin elmi biliyə malik, sərbəst düşüncəli, geniş dünyagörüşlü, xalqına xidmət etməyi bacaran,vəzifə pilləsində addım-addım yüksələn bir şəxsiyyət kimi yetişəcəyinizə əmin ola bilərsiniz.
Əziz abituriyentlər, xalq arasında sayılıb-seçilən müəllim, tədqiqatçı-mütəxəssis olmaq istəyirsinizsə Təfəkkürü seçin. Təfəkkür sizə elmlə, təhsillə yanaşı, vətənpərvər dostlar seçməkdə, dünyanın müxtəlif ölkələrindəki ləyaqətli insanlarla səmimi, etibarlı dostluq etməkdə də yardımçı olacaq. 
Universitetimizdə tələbələr yüksək təhsil almaqla yanaşı, həm də sevdikləri yaradıcı işlərlə məşğul olurlar. Universitetimizdə tələbələrin öz bacarıqlarını üzə çıxarması üçün geniş şərait yaradılmışdır. Tələbələrin beynəlxalq müsabiqələrdə iştirak etmək və qalib gəlməsi üçün hər cür şərait var. 
Universitetimizdə yüksək ixtisaslı, geniş həyat təcrübəsi olan müəllimlər çalışır. Müasir tələblərə cavab verən fənn kabinetləri, laboratoriyalar, elektron kitabxana, linqafon zalları tələbələrin təhsil səviyyəsinin yüksəlməsinə kömək edir.
Universitetimizin yaşı az olsa da, burada yaradılmış şəraitə, elm və təhsilə, dünyada tanınmağımıza, hazırladığımız gənclərin səviyyəsinə,  həyatda tutduqları mövqelərinə görə qabaqcıl universitetlərdən biridir.
Əziz abituriyentlər, bizim məqsədimiz müasir dünyagörüşlü, özünə inanan, iradəli, əsl şəxsiyyətlər yetişdirməkdədir. Əgər siz belə şəxsiyyətlərdən olmaq, müstəqil Azərbaycanın inkişafında və çiçəklənməsində fəal iştirak etmək istəyirsinizsə, buyurun, qapılarımız üzünüzə açıqdır.

 
© 2014 Təfəkkür Universiteti