Tədrisin təşkil edilməsi qaydaları
Tədris metodiki idarə

Tədris metodiki idarə tədris ilinin əvvəlində bütün istiqamətlər üzrə universitetə qəbul olunmuş abituriyentlər haqqında müvafiq fakültə dekanlıqlarından təqdimatlar alır və TQDK-ın protokolları ilə tutuşdurduqdan sonra onların I kursa qəbul olunmaları barədə əmri hazırlayır.

  • Qış və yay imtahan sessiyalarının keçirilməsi, tədris işləri ilə bağlı rəhbər əmrləri, sərəncamları hazırlayır, imtahan biletlərinin, vərəqələrinin möhürlənməsi, fakültələr üzrə imtahan cədvəllərinin yığılması, gündəlik keçirilən yazılı imtahanların cavab vərəqələrinin hazırlanması və prorektorluğa təqdim olunmasını təşkil edir.

  • Yeni tədris ilinə hazırlıq məqsədi ilə dərs yükünü planlaşdırır, dərs bölgüsünə nəzarət edir və təsdiq olunduqdan sonra əmrləşdirir. Ştatda olan müəllimlərin və kənardan dəvət olunan müəllimlərin şəxsi işlərini hazırlayır.
  • Seçki müddəti başa çatmış professor-müəllim heyətinin seçkisini, boş qalmış vəzifələri tutmaq üçün elanlar hazırlayır və ərizələri qəbul edir. Fakültə Elmi Şurasında müzakirə olunduqdan sonra bu qurumların çıxarışlarına əsasən əmrləşdirilməni həyata keçirir.
  • Tələbələrin universitetdən xaric olunma, akademik məzuniyyət, kursda qalma, soyadın dəyişilməsi, töhmət verilmə, dublikat tələbə bileti və qiymət kitabçası verilməsi, tələbələrin diplom müdafiəsinə buraxılması, kursdan-kursa keçməsi, təqaüd verilməsi, yay və qış tətilləri müddətində universitetdən xariç olmuş tələbələrin yenidən bərpası, eləcə də köçürülməsinə dair təqdim olunmuş sənədləri müvafiq komissiya üçün hazırlayır.
  • Dəftərxana və fakültələrdən daxil olan icra üçün qeydiyyat işini aparır və nəzarət edir, icra olunmuş əmrləşdirilmiş sənədləri alır, yerləşdirir, tədris hissəsindən kənara göndərilən məktubları qeydə alır.
  • İllik stasistik hesabatı (forma 3 – ET) və hər 3 aydan bir rüblük hesabatları hazırlayır. Tələbələrin “hərəkətlərini” qeydə alır.
  • Sessiyanın nəticələrini və akademik borcların ləğv olunması barədə hesabatları toplayıb cədvələ uyğun hazırlayır.
  • Azərbaycan Respublikası Təhsil Nazirliyindən diplomları alıb fakültələrə paylayır, verilən diplomların hesabatını hazırlayır. Dublikat diplomların verilməsi üçün müvafiq sənədləri yığır, komissiyada baxılaraq arayış verdikdən sonra əmrləşdirir.
  • Bakalavr pilləsi üzrə tədris, istehsalat, pedaqoji təcrübələrinin keçirilməsinin sənədləşdirilməsinə nəzarət edir. Fakültələrin təqdimatları əsasında DAK sədrlərinin siyahısını təsdiq üçün Təhsil Nazirliyinə göndərir.
  • I kursa qəbul olunmuş tələbələrin şəxsi işlərini fakültələrdən qəbul edib, təhsil aldıqları müddətdə onlara aid əmrləri işləyib şəxsi işlərinə əlavə edir. Tədris idarəsi üzrə əmrləri, sərəncamları sorğu məktublarını və digər sənədləri hazırlayır.
  • Saathesabı ilə işləyən müəllimlərə əmək haqqının ödənilməsi üçün sənədləri hazırlayır.

Tədris metodiki idarənin funksiyasına Dövlət Təhsil Standartları, tədris və işci-tədris planları və proqramları, tələbə kontingenti və professor-müəllim heyəti haqqında informasiya və statistik məlumatlar, fakültə və kafedralar üzrə tədris yükünün bölgüsü və onun yerinə yetirilməsinə nəzarət, kafedraların fənlər üzrə dərslik, dərs vəsaiti və proqramlarla təminatı, professor-müəllim heyətinin müsabiqəsinin keçirilməsinin təşkili, imtahan sessiyalarının keçirilməsi və akademik borcların ləğvi və sair işlər aiddir.
İdarənin əsas işlərindən biri də kredit sistemi, dərsə davamiyyət, çoxballı sistemdə ballar, dərs cədvəlləri və dərslərin gedişatına nəzarət, auditoriya fondu və onun fakültələr üzrə bölgüsünə nəzarətdir.

 

 
© 2014 Təfəkkür Universitetiww.azadinform.az